Bakının Binə qəsəbəsində oktyabrın 24-də dönərdən zəhərlənən məktəblilər evə buraxılıblar. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 24 məktəbli daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Bu gün xəstəxanada sonuncu qalan 4 nəfər də evə buraxılıb.
Qəsəbənin 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərinin şagirdləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Uşaqların zəhərlənmələrinə səbəb olan dönərxananın fəaliyyəti dayandırılıb. Qida Təhlükəsiziliyi Agentliyi tərəfindən araşdırma aparılır.