Binə qəsəbəsində evlərin birindən oğurluq olub.
Bakuplus.az xəbər verir ki, polisə müraciət edən ev sahibi oktyabrın 27-nə keçən gecə evindən 3000 manat dəyərində naqilin oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı B.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.