Bakıda gənc qız itkin düşüb. Bu haqda bu gün, 11 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Lerik rayonunda anadan olmuş, hazırda Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi sakini olan 26 yaşlı İlahə Muxtarova 7 iyun tarixində yaşadığı Südçülük Sovxozu ərazisindəki evindən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Onun barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə, “102” Xidməti Zəng Mərkəzinə, 012-456-03-02 və 055-250-85-05 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.