Paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində sakinlərlə görüş keçirilib. Bu haqda bu gün, 5 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı, onun müavinləri, aparatın məsul şəxsləri, bələdiyyə, eləcə də sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə kanalizasiya xəttinin təmizlənməsi, istiliyin verilməsi, quru ağacların kəsilməsi, asfalt örtüyünün çəkilməsi, eləcə də sahibsiz itlərin toplanması kimi mövzular müzakirə olunub.
Ən sonra onların həlli üçün yerində müvafiq tapşırıqlar verilib.