Paytaxtın Binəqədi rayonunda icra nümayəndələri və sakinlər arasında səyyar görüş keçirilib. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə İcra Hakimiyyətinin başçısı, onun müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə binaların qarşısında istirahət etmək üçün şəraitin yaradılması, istismar müddəti başa çatmış liftlərin dəyişdirilməsi, Azadlıq prospektində piyada zolağının rənglənməsi, asfalt örtüyünün yararsız hala düşməsi və vətəndaşların işlə təmin olunması ilə bağlı məsələlər müzakirə edilib.
Ən sonda sakinləri narahat edən mövzuların həlli üçün müvafiq tapşırıqlar verilib.