Daxili işlər Nazirliyində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 23 iyun tarixində Qafqazinfo məlumat verib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi, polis polkovniki Oruc Əmiraslanov tutduğu vəzifədən azad edilib və Ağsu Rayon Polis Şöbəsinin rəisi təyin edilib.