Binəqədi rayonunda sentyabrın 16-da I Qarabağ müharibəsi şəhidi Teymur Yaqubovun doğum günündə əziz xatirəsi anılıb. Bu haqda 17 sentyabr tarixində Bakuplus.az Səbail RİH-yə istinadən xəbər verir.
Şəhidin barelyefinin qarşısına gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Anım mərasimində şəhidin ailəsi, Binəqədi RİH-nin əməkdaşları, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.