Ötən gün Binəqədi rayonunda avtoqəzada ölən gəncin kimliyi məlum olub. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Goradil qəsəbəsində baş verən qəza nəticəsində dünyasını dəyişən 22 yaşlı Tofiq Həsənov tələbə imiş. O, Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin IV kurs tələbəsi idi.
Hazırda araşdırma davam edir.