Paytaxtın Binəqədi rayonunda yolların təmiri üçün dövlət büdcəsindən pul ayrılıb. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Rayonun Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Xocəsən və 28 May qəsəbələri ərazisində yolları təmir etmək üçün 2022-ci ilin dövlət büdcəsindən 5 milyon 300 min AZN vəsait ayrılıb.
Bu haqda prezident İlham Əliyev Sərəncam imzalayıb.