Daxili işlər naziri Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb. Bu haqda BakuPlus.az bu gün, 30 iyun tarixində Qaynarinfo-ya istinadən xəbər verir.
Nazirin əmri ilə Binəqədi rayon Polis İdarəsinə əməliyyat üzrə rəis müavini təyin olunub. Bu vəzifə polkovnik-leytenant Ceyhun Qurbanova həvalə edilib.
Ceyhun Qurbanov bu təyinatadək Qəbələ rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.