AQTA Bakı şəhərində fəaliyyət göstərən ticarət obyektlərində monitorinq keçirib. Bu haqda bu gün, 22 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.
Yoxlama zamanı Binəqədi rayonu, R.İsmayılov küçəsi, ev 6C ünvanında yerləşən "Sənan" marketində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və saxta alkoqollu içkilərin satışı ilə bağlı nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb.