Paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisi, S.S.Axundov küçəsində yerləşən parkda ağaclar yandırılır. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.
Metronun “Dərnəgül” stansiyası yaxınlığında olan parkda ağaclar quruyub və ya dibindən qoparılıb.
Ehtimal olunur ki, yaxınlıqda bina tikən şirkət inşa üçün ərazinin boşaldılması məqsədilə buradakı ağacları qurudaraq qəsdən yandırır.
Şirkətdən məsələ ilə bağlı bildirilib ki, tikinti işləri 2021-ci ildə başlanılıb, ağacların quruması isə illər öncə baş verib.
Yaşıllaşdırma idarəsindən isə bildirildi ki, əraziyə baxış keçiriləcək və araşdırma aparılacaq.