Binəqədi Tibb Mərkəzinin rəhbərliyində kadr dəyişikliyi olub. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Bella İbrahimova baş həkim vəzifəsinə təyinat alıb. Bu haqda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
B.İbrahimova bundan əvvəl Binəqədi Tibb Mərkəzində nevroloq vəzifəsində çalışıb.