Binəqədi rayonu, Xocəsən qəsəbəsində yeni müntəzəm marşrut xətti təşkil edilib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az BNA-ya istinadən məlumat verir.
Şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin “Xocəsən” metro stansiyası istiqamətində 155 nömrəli müntəzəm marşrut xətti fevralın 13-dən fəaliyyət göstərəcək.
Daşımalar “Bus Trans” MMC tərəfindən icra ediləcək.