Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi, 54B ünvanında yerləşən obyektlərdə yoxlama aparılıb. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Azər Rzayevə məxsus avtomobil təmiri sexləri, restoran və mağazalarda aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, o cümlədən obyektin tələb olunan sahələrinə yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, avtomobil təmiri sexlərinin yağlı-sürtgü materiallardan təmizlənmədiyi, avtomobil təmiri sexləri və mağazaların tavan hissələrinə yanar material olan lambir quraşdırıldığı aşkar edilib.
Sadalanan nöqsanlar səbəbindən obyektlərin fəaliyyətləri dayandırılıb.