Binəqədi rayonunda dəmir yolu xətti təhlükə saçır. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
"Baksol" yolu adlanan ərazidə qatarlar üçün nəzərdə tutulan xətdən avtomobillər də keçir. Lakin qatar gələn an yolu bağlamalı olan şlaqbaum yoxdur.
Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən məsələ ilə bağlı açıqlama verilib. Bildirilib ki, sözügedən yol qurumun nəzarətində deyil:
"Bu cür dalan yollar adətən hansısa fiziki və yaxud hüquqi şəxslərin tabeliyində olur. Belə olan halda yola nəzarət də həmin müəssisənin üzərinə düşür".