top
Binəqədidə sakinlərin elmi-istehsalat müəssisəsi ilə 8 ildir davam edən mübahisəsi: iş məhkəməyə göndərilib
29 sentyabr 2023, 01:41
- ↺ +

Binəqədidə sakinlərin elmi-istehsalat müəssisəsi ilə 8 ildir davam edən mübahisəsi: iş məhkəməyə göndərilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Binəqədi rayonu, Mirmahmud Kazımovski, 54/56 ünvanında yaşayan 850 sakinin həyatı təhlükə altındadır. Bununla bağlı bir qrup vətəndaş ictimaiyyətə müraciət edib. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

“Yaşadığımız bina 2015-ci ildə tikilib təhvil verilsə də, 8 ildən artıqdır ki, tikintini həyata keçirən “Zaman” Elmi-İstehsalat Müəssisəsindən (EİM) onu təhvil ala bilmirik. Həyətimizdə sakinlərin ümumi mülkiyyətinə verilməli olan ofis qanunsuz yollarla şirkət tərəfindən ələ keçirilib. Bütün binanı içməli su ilə təmin edən anbarın üzərində yerləşən ofisin təyinatı dəyişdirilərək yaşayış obyekti edilib, anbara giriş və havalandırma sistemi bağlanıb”, – deyə sakinlər bildiriblər.

Nasosxana və su anbarı üzərində tikilən ofisin orada qanunsuz olduğu deyilir.

Məsələ ilə bağlı sakinlər Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət ediblər.

FHN-in Tikintidə Təhlüksizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları əraziyə baxış keçirərək sakinlərin dediyi nöqsanları təsdiqləyiblər. Aidiyyəti qurumlara problemin həlli ilə bağlı məktub göndərilsə də, hələ də heç bir tədbir görülməyib.

Sakinlər onu da qeyd ediblər ki, tikinti şirkəti 3 ildir ki, binanı qeydiyyatdan keçirdikləri cəmiyyətə təhvil verməkdən imtina edir: “2021-ci ildən “Binəqədi-28” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini (MMMC) təsis etmişik. Ədliyyə Nazirliyində qeydiyyatdan keçdik, vergi orqanında qeydiyyata durduq və qanuni şəkildə fəaliyyət göstəririk. Amma “Zaman” EİM bizə daima maneə törədir, fəaliyyət göstərməyə imkan vermir. Prezidentin Sərəncamı da var ki, çoxmərtəbəli yaşayış binası tikilib təhvil verildikdən sonra 1 ay ərzində MTK sakinlərə təhvil verib çıxmalıdır. Lakin “Zaman” rəhbərliyi qanunları saymır. Rəhbərlik tərəfindən bizə deyilir ki, bizə verilən sənədi qəbul etmirlər. Müxtəlif bəhanələrlə təhvil verməkdən imtina edilər”.

Sakinlər hazırda 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etdiklərini deyirlər.

“Zaman” EİM-in rəhbəri Elşən Aslanovun sözlərinə görə, sakinlərin iddiaları əsassızdır və burada tikilən bütün obyektlərin müvafiq sənədi var. Binanın niyə sakinlərə təhvil verilməməsinə gəlincə isə E.Aslanov bildirdi ki, “Binəqədi-28” MMMC-nin nümayəndələri özləri binanı təhvil almırlar və prosesi uzadırlar.

FHN-dən bildirildi ki, sözügedən problem məhkəmə orqanları tərəfindən araşdırılır: “Hazırda “Zaman” EİM rəhbərliyi ilə "Binəqədi-28" MMMC arasındakı mübahisəli məsələyə məhkəmə orqanları tərəfindən baxılır”.

Saxta sənəd ittihamları ilə bağlı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsindən bildirildi ki, həmin iş icraatdadır və məhkəmə araşdırması davam edir.

Son xəbərlər

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Oxşar xəbərlər