Binəqədi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “İran Khodro” markalı yük avtomobilində baş verib. Nəticədə maşının mühərrik hissəsi yanıb. Nəqliyyat vasitəsinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.