Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərszisində şam ağaclarından ibarət ərazi hasarlanıb. Ağacların kəsilməsi üçün hazırlıq aparıldığı iddia olunur. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Den.az-a istinadən məlumat verir.
Binəqədi məhkəməsinə yaxın olan yaşıllığa ağır texnika da cəlb olunub.
Yerli sakinlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hadisə yerinə polis əməkdaşları gəliblər.