Bakıda Həzi Aslanovun məzarı ziyarət olunub. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
9 May - faşizm üzərində Qələbə Günü münasibətilə bir qrup hərbi qulluqçu Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub.
Həmçinin müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilib.