Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) bir sıra tibb müəssisələrində rentgen kabinetlərinin fəaliyyətini dayandırıb. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az FHN-ə istinadən məlumat verir.
Keçirilən tədbirlər nəticəsində Bakı şəhərində yerləşən 5 və 39 nömrəli Şəhər poliklinikalarında, 1 və 2 nömrəli Uşaq Stomatoloji poliklinikalarında, 1 nömrəli Tələbə Poliklinikasında və Müharibə Veteranları Respublika Xəstəxanasında radiasiya təhlükəsizliyi tələblərinə riayət edilmədən və “xüsusi icazə”si olmadan rentgen kabinetlərinin fəaliyyət göstərdiyi müəyyən edilib.
Həmin tibb müəssisələrinin rentgen kabinetlərinin işi dayandırılıb.
Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müvafiq icazə əsasında rentgen kabinetlərinin fəaliyyət göstərdiyi tibb müəssisələrinin siyahısı ilə tanış olmalarını tövsiyə edir.
[caption id="attachment_92849" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]