top
Bir sevginin iki notu – Əminə Dilbazi, Cövdət Hacıyev və Fikrət Əmirov
23 aprel 2025, 06:59
- ↺ +

Bir sevginin iki notu – Əminə Dilbazi, Cövdət Hacıyev və Fikrət Əmirov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əminə Dilbazinin rəqs edən taleyi

1919-cu ilin son günlərində Qazaxda dünyaya gələn Əminə Dilbazi, uşaq yaşlarından həyatın sınaqları ilə üzləşdi. Beş yaşında sevimli qardaşını itirdi, atasının qəlbində yaranan boşluğu doldurmaq üçün “oğul” kimi böyüdü. Saçları oğlansayağı kəsildi, üstünə oğlan paltarı geydirildi. Ancaq onun daxilində nəinki oğlan, heç adi bir qız da deyildi – o, ruhunda musiqi daşıyan bir rəqqasə idi.

İlk addımlar və təsadüfi rəqs

Əvvəlcə musiqiyə yaxın idi – Üzeyir Hacıbəyovun konservatoriyasında fortepiano dərsləri alırdı. Amma ailə şəraiti onu bu yoldan ayırdı. Daha sonra idmanda uğurlar qazandı. Lakin bir gün məktəb direktoru onu bilmədiyi bir ünvana göndərdi – özü idman yarışı gözləyərkən, musiqi sədaları altında rəqs edən uşaqların arasına düşdü. Ondan rəqs etməsini istəyən münsiflərə etiraz əlaməti olaraq dedi: “Oynamayacağam, mən idmançıyam”. Lakin musiqi səsləndi, amma o, rəqs edə bilmədi. Əminə “obsa” adlı havanı sifariş verir. Belə bir rəqsin olmadığını bildirəndə o öz ağlında olan musiqisini oxudu və oğlansayağı oynamağa başladı. Zal gülüşə qərq oldu, amma bu “gülüş” onun taleyini dəyişdi.
Üç gün sonra rəqs ansamblına qəbul olunduğunu, ayda 400 manat təqaüd alacağını eşitdi. Anası üç işdə çalışırdı. Əminə ona dedi: “Ay mama, mən sənə hər ay 400 manat versəm, bir işdən çıxarsan? Biz sənin üzünü görə bilmirik”. Bütün şübhələrə rəğmən, anası razı oldu. Və beləliklə, rəqs onun həyatına çevrildi.

Səhnədə alovlanan sevgi – Qırmızı çəkməli qızın nağılı

Zamanla Əminə Dilbazi ölkənin ən tanınmış rəqqasələrindən birinə çevrildi. Gözəlliyi, istedadı, səhnədəki cazibəsi təkcə tamaşaçıları deyil, dövrünün iki dahi bəstəkarını – Fikrət Əmirov və Cövdət Hacıyevi də valeh etmişdi. Onlar həm dost, həm də rəqibə çevrildilər.
Bir gün Filarmoniyada konsertdən sonra səhnədə məşq edən Əminə xanımı bəstəkar Qara Qarayev pərdənin arxasından izləyirdi. Cövdət Hacıyev təsadüfən bunu görüb ona yaxınlaşdı. Qarayev ona Əminəni göstərib deyib: “Gör o qırmızı çəkməli qız necə gözəl rəqs edir”. Bu sözlər, sanki onun ürəyindəki sevgini daha da alovlandırıb.
Eyni zamanda bəstəkar Fikrət Əmirovun da Əminə xanımdan çox xoşu gəlirdi. Fikrət, Gəncədə bir romantik səhnə ilə onu heyran etməyə çalışdı. Royal arxasında bir məhəbbət mahnısı ifa etdi və təklifini irəli sürdü. Amma Əminə dedi: “Bu məsələni Cövdət də bilməlidir”. Xəbər Cövdətə çatdı. O, təcili olaraq Gəncəyə gəldi və sevgisini açıq şəkildə etiraf etdi.

Əminə Dilbazi xatirələrində yazır: “Fikrətə ərə getməyə razı olmuşdum. Amma Cövdətə yazdım: “Mən yalnız səni sevirəm. Fikrətlə evlənirəm. Bu məktubu sənə ağlaya-ağlaya yazıram”.
Lakin tale fərqli qərar vermişdi. Cövdət onu vağzaldan birbaşa nikah şöbəsinə apardı. Nikahda şair Səməd Vurğun və Mirvarid Dilbazi də iştirak etdi. Dörd övladlı ailə quruldu.
Deyilənlərə görə, Səməd Vurğun elə əvvəldən Əminə xanımın Fikrət Əmirova getməsinin əleyhinə imiş. Deyirmiş ki, Fikrətin yanında çox gözəllər dolanır, Cövdət sənin üçün daha yaxşı seçimdir.

Sədaqət, fədakarlıq və sənət

Əminə həyat yoldaşı Cövdətin Moskvada konservatoriyanı bitirməsi üçün beş yerdə çalışdı. O, ailəsi uğrunda fədakarlıq etdi, həm də səhnəni tərk etmədi. Bəzən Cövdətin qısqanclığı ilə üzləşdi, amma o deyirdi:
“Heç kim bizi ayıra bilmədi. Biz bir-birimizi həqiqətən sevirdik.”
Böyük sənətkar oldu, amma ailə sevgisini, qadın təəssübünü, fədakarlığı heç vaxt itirmədi. O, təkcə səhnədə deyil, həyatda da alqışa layiq bir obraz idi.

Dizlərdə ağrı, ürəkdə yanğı – “Turac”ının təkrarsız ifası

“Vağzalı” “Turacı”, “Tərəkəmə”, “Naz eləmə”, “İnnabı” və digər rəqslərin, həmçinin xarici rəqslərin mahir ifaçısı, həmçinin “Leyli və Məcnun”, “Arşın mal alan”, “O olmasın, bu olsun” və başqa əsərlərdə də rəqslərə quruluş verib. Amma onun bütün rəqslərinin tacı sanki “Turacı” rəqsi idi. Rəqs zamanı dizləri zədələnməsin deyə, bağlamaq lazım idi. Əminə xanım isə qəsdən bağlamırdı ki, zədələnsin və ağrı hissi ilə rəqsi ifa etsin. O, beləcə bütün ömrünü Azərbaycan mədəniyyətinin, rəqsinin inkişafına həsr edərək yaşadı.

Xanım Aydın (baku-baki.az)

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Oxşar xəbərlər