Paytaxtın Yasamal rayonunda, Bakı Dövlət Universitetindən bir neçə metr aralıda piyadalar səkidən istifadə edə bilmir. Yolun bir hissəsindəki səki bitməmiş binanın zirzəmisinin girişi başlayır. Bu haqda 10 iyun tarixində BakuTV reportaj hazırlayıb.
Piyadalar istənilən vaxt səkinin ortasında yerləşən zirzəminin girişinə düşə bilər.
Piyadaların sözlərinə görə, problem uzun müddətdir ki, yaşanır.
Sürücülər avtomobillərini səkinin yanında saxladıqları üçün piyadaların işi daha da çətinləşir.
Yasamal rayon İcra Hakimiyyətinin də bu məsələdən xəbəri var. Problemli zirzəminin yerləşdiyi yataqxana Dövlət Qulluğu Akademiyasının balansındadır. Piyadaları narahat edən bu məsələ artıq nəzarətə götürülüb və yaxın zamanda piyada səkisinin açılması tam təmin olunacaq.