Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olunub.

11:33 - Birinci Qarabağ müharibəsinin şəhidi Lökbatanda dəfn olunur
Qaradağ rayonu, Lökbatan qəsəbəsində şəhidlə vida mərasimi keçirilir.
Report xəbər verir ki, şəhidin yaxınlarına məxsus evdə keçirilən vida mərasimində ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. Vida mərasimi başa çatdıqdan sonra şəhidin nəşi Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.
Tərlan Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları həmin kənddə aşkar olunub.