Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı, birinci xanım Əminə Ərdoğan vitse-prezident Mehriban Əliyeva ilə İçərişəhərdə ekskursiyada olublar. Bu haqda bu gün, 13 iyun tarixində Əminə Ərdoğan öz Twitter hesabında paylaşım edib.
"Dostum, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə Bakının tarixi özəyi olan İçərişəhərdə oldum. YUNESKO tərəfindən ən qədim yaşayış məskəni kimi qorunan bu müstəsna bölgə bir çox fərqli mədəniyyətin izlərini daşıyır", - Türkiyə prezidentinin xanımı öz səhifəsində yazıb.
Azerbaycan Devlet Başkanı’nın eşi, dostum Mehriban Aliyeva ile Bakü’nün tarihi çekirdeği İçerişehir’i ziyaret ettik.
En eski yerleşim yeri olarak UNESCO tarafından koruma altına alınan bu müstesna bölge, pek çok farklı kültürün izlerini taşıyor.
TİKA’nın desteğiyle faaliyete… pic.twitter.com/RkWzwnLExz
— Emine Erdoğan (@EmineErdogan) June 13, 2023