Bakıdakı Suraxanı Sağlamlıq Mərkəzinə yeni baş həkim təyin edilib. Bu haqda bu gün, 29 aprel tarixində Qaynarinfo məlumat verib.
Mərkəzin baş həkimi vəzifəsi Günel Məmmədovaya tapşırılıb.
Günel Məmmədova 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru Fikrət Zeynalovun qızı, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı qızıdır.