top
“Biz işdə olanda tarixi binamızı pis vəziyyətə salıblar”: Səbail sakinləri haray çəkir
29 aprel 2025, 05:10
- ↺ +

“Biz işdə olanda tarixi binamızı pis vəziyyətə salıblar”: Səbail sakinləri haray çəkir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bizim binamız dövlət tərəfindən qorunur. Necə olur ki, özünü təqdim etməyən şəxslər gəlib yaşadığımız evə zərər yetirirlər?!”

Bunu Qafqazinfo.az-a Səbail rayonunda yerli əhəmiyyətli memarlıq abidəsi statusunu daşıyan binada yaşayan sakinlər deyiblər.

Vətəndaşların sözlərinə görə, çıxarışda sözügedən binanın ünvanı Əbdülkərim Əlizadə 3 olaraq göstərilib. Məhz həmin binada sakinlərin tanımadıqları şəxslər tərəfindən söküntü işləri aparılır: “Bu bina qorunur, mümkün deyil ki, söküntü işi görülsün. İnsanlar işdə olduğu zaman gəlib qapının domofonunu qıraraq binanın aşağısını pis vəziyyətə salıblar. Lakin bu işlərin kim tərəfindən və hansı əsasla həyata keçirildiyini öyrənmək istədikdə məlumat vermirlər. Məcbur qalıb öz vəsaitimizlə zədələnmiş hissələri bərpa etdik, çünki bu halda yaşamaq mümkün deyil”.

Şikayətçilər, həmçinin əlavə edib ki, onların etdiyi bərpadan sonra eyni hal baş verib: “Təəssüf ki, aprelin 24-də yenidən həmin şəxslər arakəsməni sökməyə cəhd etdilər, lakin biz sakinlər buna imkan vermədik. Biz işə getdikdən sonra isə onlar fürsətdən istifadə edərək bir daha arakəsməni dağıdıblar. Bununla bağlı sakinlərlə birgə müvafiq qurumlara müraciət etmişik. Baş verənlər bizim təhlükəsizliyimiz və əmlakımızın toxunulmazlığı ilə bağlı ciddi narahatlıq doğurur. Heç bir məlumat və nəzarət olmadan belə halların baş verməsi yanğın, subasma və digər fövqəladə hadisələrin riskini artırır. Qeyd etmək istəyirik ki, təxminən 20 il əvvəl də burada bənzər hadisələr baş verib”.

Sakinlərin iddiası ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırılıb: "Araşdırma zamanı məlum olub ki, uzun illər öncə Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi 3 ünvanında ümumi istifadədə olan pilləkən qəfəsinin zəbt olunmuş alt hissəsi sahibkar tərəfindən əvvəlki vəziyyətinə bərpa edilib”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, Bakı şəhər Səbail rayonu, Məhəmməd Əmin Rəsulzadə küçəsi 6 ünvanında yerləşən 3229 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib: “Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman tarixi tikilinin üçüncü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində qanunsuz söküntü, təmir işlərinin aparıldığı müəyyən edilib. Aparılan icazəsiz təmir işləri sakinlərin də narazılığına səbəb olub. Aşkar edilən faktla bağlı aidiyyəti dövlət orqanlarına müraciət edilib. Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır”.

Xidmətdən o da bildirilib ki, abidələrin qorunması haqqında qanunvericiliyin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Son xəbərlər

Xəbər
Bu gün, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Bu gün, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Bu gün, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Oxşar xəbərlər