Bakıda piyadanı vuran bloger Səbinə Kətanovanın məhkəməsi başa çatıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Məhkəmənin hökmu ilə tanınmış bloger 1 il müddətində nəqliyyat vasitəsi idarə edə bilməyəcək, eləcə də 6 ay müddətində elektron qolbaqla gəzməli olacaq.
Səbinə Kətanova hökmdən narazı qalıb və apellyasiya məhkəməsinə müraciət edib. Hazırda şikayətə Apellyasiya Məhkəməsində baxılır.
5 sentyabr 2021-ci il tarixində Paytaxtın Nərimanov rayonunda bloger Səbinə Kətanova avtomobillə piyadanı vurmuşdu.