Bakıda 2022-ci ildə yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 30 faiz azalıb. Bu barədə bu gün, 11 aprel tarixində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Facebook hesabında yazıb.
Kərimli qeyd edib ki, 2016-2022-ci illərdə piyadaların vurulması ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı orta hesabla 6 faiz azalıb.
2020-ci ildə Bakı şəhərinin əhalisi 2015-ci illə müqayisədə 4 faiz artaraq 2,3 milyon nəfərə çatıb.