Bakıətrafı ərazilərə yeni sərnişin avtobusları təşkil olunacaq. Bu haqda Report məlumat yayıb.
Binəqədi, Maştağa Ramana, Zabrat kimi ətraf kənd və qəsəbələr üçün nəzərdə tutulan avtobuslar 9 metrlik olacaq.
“9 metrlik avtobusların yollarda manevr etmək imkanı daha genişdir. 12 metrilik avtobusları bir neçə dəfə test etmişik. Onların qeyd olunan ərazilərdə hərəkəti məhduddur.”- BNA-nin mətbuat xidmətinin katibi Mais Ağayev bildirib.
Bakıya, 2019-ci ildə imzalanmış müqaviləyə əsasən, 135 ədəd avtobus gətirilib. 2020-ci ilin dekabr ayında bağlanılan müqavilə əsasında isə paytaxta daha 320 atvobus gətirilməyi planlaşdırılır.