Ləğv edilmiş “Bakı Nəqliyyat Agentliyi” (BNA) publik hüquqi şəxsin vəzifəli şəxsləri - Hikmət Vəlizadə və Vüqar Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Hikmət Vəlizadə və Vüqar Hüseynova 8 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.
Sözügedən şəxslər ümumilikdə 16.500 manat məbləğində pul vəsaitini rüşvət qismində almaqda şübhəli bilinirdilər.