Azərbacanda taksi operatoru qiymətləri artırıb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 9% qaldırdığını bildirib. Buna səbəb taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin azalması göstərilir.
“İstehsal tarixi 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi kimi istismarı qadağandır. Bu səbəblə ili daha köhnə olan nəqliyyat vasitələrinə sistem üzərindən sifarişlərin verilməsi mərhələli şəkildə dayandırılır. Sistemdə isə sifarişlər “tələb-təklif” prinsipi əsasında formalaşır”, – deyə açıqlamada qeyd olunub.