Azərbaycanda fəaliyyət göstərən “Bolt” taksi şirkəti sərnişinlər üçün servis haqqı (booking fee) tətbiq edib. Səyahət sifarişi verərkən aqreqator avtomatik olaraq səfərin qiymətinə xidmət üçün 3 faiz komissiya əlavə edir. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Şirkət, həmçinin sürücülərin komissiyasını da qaldırıb. İndi komissiya dinamik olub və 19-21,83 faiz təşkil edir. Bununla belə, reallıqda sürücülər üçün komissiya 25%-ə qədər artır, çünki əksər səfərlər nağd şəkildə ödənilir və 3 faiz sifariş haqqı sürücünün balansından çıxılacaq.
Hazırda digər taksi şirkətlərində sürücü komissiyası qismən aşağıdır və 12-19 faiz arasında dəyişir.