top
Borc aldığı tanışının boğazını kəsib öldürdü - Xırdalanda 20 manata görə qətl törədildi
28 noyabr 2025, 12:20
- +

Borc aldığı tanışının boğazını kəsib öldürdü - Xırdalanda 20 manata görə qətl törədildi

Abşeron rayonunun Xırdalan şəhərində 35 yaşlı kişinin boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən İlkin Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.аz-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Novruzov 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, İ.Novruzov Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevi xüsusi amansızlıqla qətlə yetirib. O, H.Quliyevi 20 manat borca görə öldürüb.

Məlum olub ki, Xırdalan şəhərində mebel ustası işləyən H.Quliyev İlkin Novruzovla tanış olub. İlkin Vətən Müharibəsi iştirakçısı olub və müharibədən sonra evinə qayıtsa da, heç bir yerdə işləməyib. Onun 20 manata ehtiyacı yaranıb və həmin məbləği Heybətdən borc alıb, 20 günə qaytaracağını bildirib.

Hadisədən bir ay keçməsinə baxmayaraq, İlkin borcu qaytarmayıb. Heybət borcunu tələb etdikdə, İlkin müxtəlif bəhanələrlə bundan yayınmağa çalışıb. Sonda Heybət ona zəng edərək borcu tələb edib və aralarında mübahisə yaranıb. Bundan əsəbiləşən İlkin evdən bıçaq götürərək yaşadığı Masazır qəsəbəsindən Xırdalana gedib və Heybətlə görüşüb. Danışıq zamanı mübahisə daha da gərginləşib. İlkin özü ilə gətirdiyi bıçaqla Heybətin boğazını kəsərək onu qətlə yetirib və hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ.Novruzov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Şəhid anası qızına böyrəyini verdi

Xəbər
Dünən, 17:30

Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO

Xəbər
Dünən, 17:03

Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanı axtarırlar - VİDEO

Xəbər
Dünən, 16:21

"10 mini olanın atasına lənət..." - Əhəd Abıyev

Xəbər
Dünən, 15:47

Bakıda 16 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzə

Xəbər
Dünən, 15:36

Bakıda ŞOK QARƏT: Bankdan çıxardığı 200 min manatı götürüb qaçdı - VİDEO

Xəbər
Dünən, 14:37

Bakıda tələbə oğlanın meyiti tapıldı

Xəbər
Dünən, 13:44

Mehriban Xanlarova: "Mən susmamışam və susmaq fikrim də yoxdur" - ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 13:20

"Akkord"un binasında FACİƏ: Gənc oğlan 8-ci mərtəbədən yıxılıb ÖLDÜ

Xəbər
Dünən, 12:27

Yayda bu qidaları yeməyin - Mütəxəssisdən həyəcan təbili

Xəbər
Dünən, 12:26

Sabah Bakıda 38 dərəcə isti olacaq

Xəbər
Dünən, 11:50

Peşə təhsilinə 28 mindən çox tələbənin qəbulu nəzərdə tutulur

Xəbər
Dünən, 10:52

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

Xəbər
Dünən, 10:37

Skuter sürənlər qaydalara məhəl qoymadı, qəza şəraiti yarandı - VİDEO

Xəbər
Dünən, 09:59

Dostunu qətlə yetirən: "Hədələyirdi ki, anamı da, məni də öldürəcək"

Xəbər
Dünən, 09:55

Hüquqşünas alimə cinayət işi açıldı

Xəbər
Dünən, 09:28

Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi

Xəbər
22 iyul 2026, 18:00

"103"ə 34 mindən çox əsassız çağırış olub - TƏBİB

Xəbər
22 iyul 2026, 17:53

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana gətirildi

Xəbər
22 iyul 2026, 17:40

Xalq artistindən kişi kimi rəqs edən qadınlara İRAD

Xəbər
22 iyul 2026, 17:09

Flora Kərimovanın səhhəti necədir? - ÖZƏL AÇIQLAMA

Xəbər
22 iyul 2026, 16:34

Bakı metrosunda iş rejimi dəyişdirilir

Xəbər
22 iyul 2026, 15:55

"Moyka"dan maşın qaçırdı, tutuldu

Xəbər
22 iyul 2026, 15:15

"Miss Azerbaijan 2019" modeli Türkiyə məhkəməsində qalib gəldi

Oxşar xəbərlər