Britaniyanın təyyarəsi Bakıya təcili eniş edib. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“British Airways” aviaşirkətinin London-Honkonq reysi ilə uçan "Boeing 787" təyyarəsi bu gün saat 05:09-da Bakı Hava Limanına eniş edib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.
Xəstə sərnişin və onunla birlikdə olan digər 1 nəfər Bakıda qalıblar. "British Airways" aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 07:37-də yola düşüb.