İbtidai siniflər üçün tətil başlayıb. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bu gündən dövlət ümumi təhsil müəssisələrində ibtidai siniflər üçün əlavə yaz tətilinə start verilib. Həmçinin dövlət məktəbəhazırlıq qruplarında 5 gün əlavə tətil olacaq.
İstirahət 5 may tarixinə qədər davam edəcək.