Bu gün, 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin 30 illik yubileyi münasibətilə təşkil olunacaq tədbirlər proqramı çərçivəsində bir sıra tədbirlər həyata keçiriləcək. Bu haqda Bakuplus.az məlumat verir.
Tədbir çərçivəsində pilotlar Dağüstü park ərazisindən qalxaraq 30 yamac paraşütü ilə “Dəniz Mall” Ticarət və Əyləncə Mərkəzinin qarşısına enəcəklər.
Daha öncə qeyd edilib ki, “Dəniz Mall”un qarşısında konsert təşkil olunacaq.