5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə konfransında “Müəllimlərin statusu haqqında” ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildə isə YUNESKO tərəfindən həmin gün “Beynəlxalq Müəllimlər Günü” adlandırılıb.

Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Onlar cəmiyyətin memarlarıdırlar.

Bakuplus.az komandası olaraq bütün müəllimləri təbrik edir, bizə həyatda addımlamağı öyrətdikləri üçün onlara təşəkkür edirik!