top
Bu gün dünyanın ən yaxşı şahmatçılarından biri olan Vüqar Həşimovun doğum günüdür
24 iyul 2023, 05:11
- ↺ +

Bu gün dünyanın ən yaxşı şahmatçılarından biri olan Vüqar Həşimovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vüqar Qasım oğlu Həşimov 1986-cı ildə Bakı şəhərində anadan olub.

O, 6 yaşından atasının köməyi ilə şahmatla məşğul olmağa başlayıb. Kiçik yaşlarında 3 dəfə ölkə, 4 dəfə Avropa qalibi olub. Həşimov 1998-ci ildə dünyada şahmat üzrə ən gənc beynəlxalq usta olub. Lakin o, beynindən bir neçə dəfə əməliyyat keçirdiyindən bir müddət şahmatı atmaq məcburiyyətində qalıb. Müalicəni bitirdikdən sonra Vüqar 2005-ci ildə yenidən şahmat oyunlarına qayıdıb.

Vüqar Həşimov 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi şəhərində keçirilən oyunda 19 qrosmeysteri geridə qoyaraq, heyəti ilə birgə yarışda qalib gəlib. Sonralar o, Xorvatiya, Türkiyə, Rumıniya, İspaniya kimi klubların heyətində çempion olub. 2008-ci ilin fevralında Həşimov Fransada təşkil olunan “Cappelle Grande” turnirində qalib gəlib. 2008-ci ilin aprelində o, Bakıda şahmat tarixində ilk FİDE Qran-prisində qələbə qazana bilib. Bir müddət sonra Vüqar Həşimovun reytinqi 2750 göstəricisini keçib və o, şahmat elitasının siyahısında 10-luğa daxil olmağı bacarıb.

Serbiyanın Novi-Sad şəhərində 2009-cu ildə keçirilən komanda üzrə Avropa çempionatında Azərbaycan millisinin ilk qələbəsi Vüqar Həşimovun sayəsində baş tutub. 2011-ci ildə Vüqar yenidən Azərbaycan millisinin tərkibində Yunanıstanda təşkil olunan Avropa çempionatında iştirak edib. Fransaya qarşı oyun zamanı Vüqarın təzyiqi qəfil qalxıb və o, oyunu davam etdirə bilməyib. Komandalar arasında ikitərəfli razılığa əsasən, görüşdə heç-heçə qeydə alınıb. Lakin Vüqar turniri başa vurmağa özündə güc taparaq, iki dəfə qalib gəlib. Nəticədə komanda həmin turnirdə gümüş medal qazanıb.

Həşimovun son turniri 2012-ci ildə Hollandiyanın Veyk-an-Zeed şəhərində baş tutub. Bu turnirdən sonra o, yarışlarda iştirakını dayandırıb və müalicəsini davam etdirməyə başlayıb.

Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beynində bədxassəli şişə (xərçəng) görə müalicə aldığı Almaniyanın Heydelberq şəhər klinikasında vəfat edib. O, Vətəninə gətirilərək Bakıdakı Üçüncü Fəxri xiyabanda dəfn olunub.

2016-cı ildən Vüqar Həşimovun adını daşıyan Şahmat akademiyası fəaliyyət göstərir.

Son xəbərlər

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
08 noyabr 2026, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Oxşar xəbərlər