Bu gün, 8 noyabr tarixində, Zəfər Gününün ilk dəqiqələrində Sabunçu Tibb Mərkəzinin nəzdindəki 2 nömrəli Doğum Evində doğulan körpəyə Zəfər adı verilib. Bu haqda tibb müəssisəsinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Oğlanın atası Vüsal Həmidov hərbçidir. O, həmçinin 44 günlük Vətən müharibəsində iştirak edib.