Bu gün, 29 aprel tarixində “Formula 1” və “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yürüşü təşkil olunacaq. Bu haqda Bakuplus.az məlumat verir.
Azərbaycan Qran-prisində ikinci günün proqramı:
12:30 - "Formula 1" Sprint Shootout (təsnifat)
15:00 - "Formula 2"də əsas sprint yarışı
17:30 - "Formula 1"də əsas sprint yarışı
Ötən gün "Formula 1"də "Red Bull" pilotu Maks Ferstappen birinci sərbəst yürüşdə, "Ferrari"dən Şarl Lekler sıralama turunda lider olub. İkinci dərəcəli pilotlarda isə "Prema Racing"dən Oliver Bearman hər iki mübarizədə qalib gəlib. Azərbaycan Qran-prisi sabah, aprelin 30-da başa çatacaq.