Nəsibə Cahangir qızı Zeynalova 1916-cı ildə Bakıda anadan olub.
Nəsibə xanım orta məktəbdə oxuyanda rəqqasəlik edib. Yaradıcılıq fəaliyyətinə Dövlət Filarmoniyasında rəqqasə kimi başlasa da, bu cəhdi uğursuz olub. 14 yaşında ailəsinə kömək etmək üçün o, orta təhsilini yarımçıq qoyur və Bakı elektrik şəbəkəsində, tramvay parkında tabelçi, topdansatış anbarında fəhlə işləyib.
Nəsibə xanım “Bəyin oğurlanması” (Əsli xala), “Bizim Cəbiş müəllim” (Suğra xala), “Qayınana ”(Cənnət xala), “Ögey ana” (Fatmanisə), “Ulduz” (Züleyxa) və s. filmlərdə müxtəlif obrazları canlandırıb.
Səhnə yaradıcılığına görə Nəsibə Zeynalova respublikanın “Əməkdar artisti”, “Xalq artisti” adlarına, Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.