Bu gün Xankəndidə rəsmi Bakının nümayəndələri ilə Qarabağın erməni sakinləri arasında növbəti görüş gözlənilir. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Bu, sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirlərindən sonra sayca dördüncü görüşdür.
Birinci dialoq Yevlaxda, ikinci dialoq Xocalıda baş tutub. Üçüncü görüş sentyabrın 29-da Yevlaxda baş tutub.
Görüşlərdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və Azərbaycanın təqdim etdiyi bu proses planı ətraflı müzakirə olunub.