Bu gün, 15 iyul tarixindən etibarən Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiyməti 2 manatdan 1,60 manata endirilib. Bu haqda Bakuplus.az məlumat verir.
SOCAR-in 30.06.2024 tarixində yaydığı məlumata görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.
Bu səbədən 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək.
Daha öncə, 30 iyun taarixində Aİ-92 markalı avtomobil benzininin qiyməti 1 manatdan 1,10 manata, dizelin qiyməti 0,80 manatdan 1 manata qədər artırılıb.