İyulun 29-30-da Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Ümumilikdə bu iki gün ərzində 4 əlavə reys həyata keçiriləcək. Həmin cədvələ uyğun olaraq:
- saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar saat 13:22-də Ağstafa Dəmiryol Vağzalına;
- saat 17:10-da Ağstafa Dəmiryol vağzalından yola düşən qatar saat 22:10-da Bakı Dəmiryol Vağzalına çatacaq.
Biletləri vağzalların kassalarından və ya ADY-nin
www.ady.az rəsmi saytından onlayn əldə etmək mümkündür.