Bakı və Abşeron yarımadasında avqustun 8-dən 12-dək gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Bu günlərdə havanın temperaturu maksimum olaraq gündüz 35-39, gecə 26-28 dərəcə isti olacaq.
Hava şəraitinin buludlu, arabir tutulacağı, kuləyin mülayim və zəif olacağı gözlənilir.