Polis Akademiyasına qəbul olanların sayı açıqlanıb.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Akademiya 2024-2025-ci il üçün 500 kursant qəbul edib.
2250 namizəddən 500 nəfəri “Hüquqşünaslıq” ixtisasına qəbul olunub. Keçid balı 451,9 olub, bu isə keçən illə müqayisədə 12,6 bal artıb. Ən yüksək nəticə 665,7 bal olub; 50 abituriyent 600-dən yuxarı bal toplayıb.
Hazırda bütün kursantlar Akademiyaya dəvət edilib və tədris başlayana qədər hazırlıq mərhələsinə başlanılıb.