top
Bülbülənin səssiz yadigarı – Əlican və Vəlican hamamı
Foto
02 sentyabr 2026, 16:50
- ↺ +

Bülbülənin səssiz yadigarı – Əlican və Vəlican hamamı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı kəndləri əsrlərin yaddaşını özündə yaşadan qədim yaşayış məntəqələridir. Abşeronun qədim kəndlərindən olan Bülbülə də zəngin tarixi və memarlıq irsi ilə seçilir.

Kənddə bu günədək qorunub saxlanılan tarixi tikililərdən biri də Əlican və Vəlican hamamıdır.

Mənbələrə görə, vaxtilə Bülbülədə dörd hamam – Əlican və Vəlican, Hacı İsgəndər, Razaq və Almas hamamları fəaliyyət göstərib. Onlardan Əlican və Vəlican hamamının 1902-ci ildə Məşədi Vəlican tərəfindən tikdirildiyi qeyd olunur.

XX əsrin əvvəllərində inşa edilən hamam yalnız insanların yuyunmaq üçün istifadə etdiyi məkan olmayıb. Həmin dövrdə hamamlar kənd sakinlərinin görüşdüyü, söhbətləşdiyi və xəbərləşdiyi ictimai məkanlardan biri kimi də mühüm rol oynayıb.
Tikilinin diqqətçəkən xüsusiyyətlərindən biri günbəzli quruluşudur. Məlumatlara əsasən, hamamın əvvəlcə dörd günbəzi olub. Hazırda isə onlardan yalnız ikisi qorunub saxlanılıb.

Zamanın təsirinə baxmayaraq, hamamın qalan hissələri Bülbülənin tarixi simasını əks etdirən mühüm nümunələrdən biri olaraq qalır.

Əlican və Vəlican hamamı tarixi-arxitektura abidəsi kimi də qeyd olunur. Abidənin qorunması yalnız qədim bir tikilinin saxlanılması deyil, həm də Bülbülənin məişət və mədəniyyət tarixinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir.
Bu gün səssizliyə qərq olan hamam bir vaxtlar insanların gəliş-gedişi və söhbətləri ilə canlanan məkan olub. Onun divarları və günbəzləri isə Bülbülənin keçmişindən xəbər verən səssiz yaddaş kimi bu günədək yaşayır.

Fotolar: Amirə Suleyman

 

Son xəbərlər

Xəbər
Bu gün, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Bu gün, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Bu gün, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Bu gün, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Bu gün, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Bu gün, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Bu gün, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Bu gün, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Bu gün, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Bu gün, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Bu gün, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Oxşar xəbərlər