Dənizkənarı Milli Parkda intihara cəhdin qarşısı alınıb. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Ağdam rayon sakini, 31 yaşlı C.Uğurlu özünü dənizə ataraq həyatına qəsd etmək istəyib. Ərazidə xidmət aparan polis əməkdaşları suya atılaraq, onu çıxarıblar.
Vətəndaş xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.