Bakıda Zəfər Günü ilə əlaqədar konsert keçiriləcək. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
8 Noyabr – Zəfər Günü münasibətilə paytaxtda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq. Bununla əlaqədar Dənizkənarı Milli Parkın Saat qülləsi olan hissəsində səhnə quraşdırılır.